Netanyahu ABŞ-yə İsrail-Livan atəşkəsinə görə təşəkkür etdi- ÖZƏL
27 Noyabr 2024 11:12 DünyaOlaylar.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu, Livanla atəşkəsin əldə olunmasında göstərdiyi dəstəyə görə ABŞ prezidenti Co Baydenə təşəkkür edib. Bu barədə İsrail hökumətinin açıqlamasında bildirilir.
Netanyahu vurğulayıb ki, İsrail özünümüdafiə hüququna malikdir və hərəkətlərində tam sərbəstliyini qoruyacaq. Hökumətin bəyanatında qeyd edilir: "Baş nazir Benyamin Netanyahu bu axşam, 26 noyabr 2024-cü ildə ABŞ prezidenti Co Baydenlə danışıb."
İsrail ordusunun Livan ərazilərindən mərhələli şəkildə çıxarılacağı, mülki vətəndaşların isə təhlükəsiz şəkildə öz şəhərlərinə qayıdacaqları gözlənilir.
Qeyd edək ki, atəşkəs elanından bir neçə dəqiqə əvvəl İsrail ordusu Beyruta yeddi hava zərbəsi endirib. Zərbələr saat 04:51-də baş verib, halbuki atəşkəs saat 05:00-da qüvvəyə minməli idi.