ABŞ Kiyevi Moskva ilə danışıqlara sövq edə bilər - ÖZƏL
27 Noyabr 2024 10:53 DünyaOlaylar.az xəbər verir ki, ABŞ rəsmiləri yaxın aylarda Kiyevi Moskva ilə danışıqlara təşviq edə biləcəklərini etiraf ediblər. Məqsəd xüsusi hərbi əməliyyatın başa çatdırılması və müəyyən ərazilərin güzəşt edilməsi ilə bağlı ola bilər.
Mənbənin məlumatına görə bu mövqe Avropanın Ukraynanı dəstəkləyən ölkələri arasında da yayılmağa başlayıb. Onlar Ukraynanın Rusiya ilə gələcəkdə mümkün hücumların qarşısını almaq üçün hansı təhlükəsizlik zəmanətləri ala biləcəyi barədə düşünürlər.
Bununla yanaşı, Kremlin narahatlığı artır. Rusiya rəsmiləri ABŞ-nin münaqişəni eskalasiya etdiyini vurğulayır. Prezident Putinin mətbuat katibi Moskvanın dialoqa hazır olduğunu dəfələrlə bəyan etdiklərini xatırladıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31