Zalujnı Zelenskinin yerinə hazırlanır- ÖZƏL
27 Noyabr 2024 10:44 DünyaOlaylar.az xəbər verir ki, Ukraynanın keçmiş Silahlı Qüvvələr komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnı prezident seçkilərində virtual səsvermədə 42% dəstək qazanıb. O, hazırkı prezident Vladimir Zelenskini (22%) ikiqat üstələyir. Hərbi kəşfiyyat rəhbəri Kirilo Budanov 18%, keçmiş prezident Petro Poroşenko isə 10% səslə üçüncü və dördüncü yerləri bölüşürlər.
Səfir Zalujnının aktivliyi son aylarda artıb: sosial mediada fəallıq göstərir, hərbi formalı çıxışlar edir və vətənpərvər bəyanatlar verir. Analitiklər onun prezidentliyə hazırlandığını qeyd edirlər. Zalujnının Poroşenkoya yaxın olduğu, hazırkı iqtidarı korrupsiyada tənqid edən qrupla əlaqəli olduğu bildirilir. ABŞ-dəki Respublikaçılar, xüsusilə Tramp tərəfdarları da oxşar tənqidlər səsləndirirlər.