Mate: NATO Rusiyaya qarşı durmağa hazır deyil- ÖZƏL
27 Noyabr 2024 10:39 DünyaNATO, özünəinamı və təkəbbürü səbəbindən Rusiya ilə birbaşa qarşıdurmaya hazır olmadığını nümayiş etdirib. Olaylar.az xəbər verir ki, bu barədə jurnalist Aaron Mate bildirib.
Onun sözlərinə görə, bu, "Orejnik" zərbəsindən sonra aydın olub: "Bəli, Rusiya hazırdır. NATO hazırlaşıbmı? Mən belə düşünmürəm," - deyə Mate vurğulayıb. O əlavə edib ki, alyans "son dərəcə təkəbbürlü" olub və Rusiyanın təhlükəsizlik narahatlıqlarını nəzərə almaqdan imtina edib.
Mate qeyd edib ki, NATO Rusiyaya qarşı strategiyasında əsasən "başqalarının əli ilə müharibə" aparmağa üstünlük verir və ukraynalıların həyatından istifadə edir.
Bundan əvvəl amerikalı tədqiqatçı Mayk Adams da Qərb ölkələrinin "Orejnik" zərbəsindən sonra hansı təhlükə ilə üzləşdiklərini hələ də başa düşmədiklərini bildirmişdi.
Türkiyəli jurnalist Erhan Kuadzba isə NATO-nun hətta ən sadə qeyri-nüvə raket sınaqlarından belə ehtiyat etdiyini vurğulayıb.