"Tramp Putinin xarizmasına valeh olub"

Almaniyanın keçmiş kansleri Angela Merkel öz xatirələrində Trampın Putinlə niyə belə yaxşı rəftar etməsinin təfərrüatlarını açıqlayıb.

Olaylar rus mətbuatına istinadən xəbər verir ki, Merkel öz xatirələrində "Görünür, o, Rusiya prezidentinə tam aşiq olub", - yazıb.

Keçmiş Almaniya kansleri Angela Merkel (2005-2021-ci illərdə bu vəzifədə olub) xatirələrində etiraf edib ki, 2017-ci ildə Donald Trampla görüş zamanı ona Rusiya prezidenti Vladimir Putinlə bağlı suallar verib və o, hətta Putinə valeh olması ilə bağlı təəssüratlarını da bölüşüb.

"Biz müxtəlif səviyyələrdə danışdıq - Tramp emosional səviyyədə, mən faktlara arxalandım", - Merkel qeyd edib. Bununla belə, o yazır ki, Trampla görüşdən sonra onda "pis hiss" yaranıb. Keçmiş kansler deyib ki, o, qlobal inkişafın xeyrinə birgə işləməyin onunla nəticə verməyəcəyi qənaətinə gəlib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31