Paşinyanın xahişi ilə iclasın yeri dəyişdi
27 Noyabr 2024 10:06 DünyaAli Avrasiya İqtisadi Şurasının növbəti iclası Avrasiya İqtisadi İttifaqına sədrlik edən Ermənistanın xahişi ilə dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək.
Olaylar xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, Peterburqda keçirilməsinə baxmayaraq, iclasa Ermənistanın Baş naziri Nikol Paşinyan sədrlik edəcək.
"Dəvətnamələr göndərilib", - deyə Y. Uşakov əlavə edib. (qafqazinfo(
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31