Hindistanın yüksək səviyyəli müdafiə rəsmisi Moskvaya və Kalininqrada səfər edəcək — ÖZƏL
26 Noyabr 2024 14:11 DünyaHindistanın müdafiə naziri Racnath Singh-in Rusiyaya səfəri dekabrın 8-10-a planlaşdırılıb, o, Moskva və Kalininqrada səfər edəcək.
Olaylar.az xəbər verir ki, bunu Nyu-Dehlinin hərbi dairələrindəki mənbə bildirib.
"Səfər dekabrın 8-10-na planlaşdırılıb. Nazir Moskva və Kalininqrada səfər edəcək, burada "Project 11356" freqatının bayraq qaldırma və Hindistan Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimində iştirak edəcək", - mənbə bildirib.
Onun sözlərinə görə, Moskvada Hindistanın yüksək səviyyəli müdafiə rəsmisi rusiyalı həmkarı Andrey Belousov ilə danışıqlar aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31