Bu gün Livanda savaş bitə bilər - HƏMAS-dan açıqlama

HƏMAS Livanda atəşkəsi dəstəkləyir.

Olaylar xəbər verir ki, bunu HƏMAS-ın sözçüsü Üsamə Həmdan Livanın "Əl Mayadin" telekanalına müsahibəsində deyib.

"Livanda hər hansı atəşkəs elanı bizim tərəfimizdən alqışlanır, çünki Hizbullah xalqımızı dəstəkləyib və böyük fədakarlıqlar edib", - o bildirib.

Həmdan HƏMAS və Hizbullahın bir-birinə güvəndiyini və hərəkətlərini hər detalda koordinasiya etdiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 25-də "Axios" yüksək rütbəli ABŞ rəsmisinə istinadən İsrail və Hizbullah arasında atəşkəs razılaşmasının yekunlaşmaq üzrə olduğunu yazıb. Eyni zamanda qeyd edilir ki, bu gün İsrailin Nazirlər Kabineti bu sazişi təsdiq edəcək. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31