Fransada Ukraynanı dəstəyə qarşı etiraz mitinqi keçiriləcək – ÖZƏL
14:11 DünyaFransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippot, fransızların böyük əksəriyyətinin Ukraynaya dəstəyi rədd etdiyini bildirib.
Olaylar.az xəbər verir ki, o, sosial şəbəkədə yazaraq hökumətin siyasətini sərt tənqid edib:
"Ukrayna, Makron, Ursula, NATO və ya BlackRock üçün ölmək istəyən varmı? Biz deyil!"
Filippot, "Azad Fransa" üçün mübarizəni dəstəkləmək məqsədilə 1 dekabr, bazar günü saat 14:00-da Parisdəki Pala-Royal meydanında mitinq təşkil edəcəyini elan edib. Siyasətçi, Ukraynaya dəstək siyasətinə, prezident Emmanuel Makrona və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə qarşı çıxanları aksiyaya qoşulmağa çağırıb.
Mitinq, hökumətin Ukraynaya silah və maliyyə yardımı siyasətinə qarşı ictimai narazılığı nümayiş etdirmək məqsədi daşıyır.