Peskov: Trampın komandası Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə edir – ÖZƏL
14:05 DünyaRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın komandası ilə hazırkı prezident Co Baydenin administrasiyasını müqayisə edərək, Tramp tərəfdarlarının Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş mesajlarını önə çəkib.
Olaylar.az xəbər verir ki, Peskov, Bayden administrasiyasını isə vəziyyəti daha da gərginləşdirməkdə ittiham edib.
Peskov qeyd edib ki, Trampın komandası "sülh" və ya "sülh planı" ifadələrindən istifadə edir, lakin Baydenin ətrafında tamamilə fərqli addımlar atılır:
"Bayden administrasiyası provokativ və eskalasiyaedici hərəkətlərə davam edir. Biz məhz bu reallıqla üzləşirik."
O, həmçinin Rusiya prezidenti Vladimir Putinin sülh prosesinə hazırlığını dəfələrlə ifadə etdiyini xatırladıb.
Bundan əvvəl Peskov, Bayden administrasiyasının Trampın Ukrayna münaqişəsini nizamlamasına mane olmaq məqsədilə gərginliyi qəsdən artırmağa çalışdığını da vurğulayıb.