Tramp 15 min hərbçini ordudan qovacaq - SƏBƏB

Tramp bir neçə gün sonra transgender hərbçiləri ordudan çıxarmağı planlaşdırır.

Olaylar xarici mətbuata istinadən xəbər verir ki, Donald Trampın vəzifəyə gəldiyi ilk gün transseksual hərbçilərin ordudan uzaqlaşdırılmasını nəzərdə tutan sərəncam imzalayacağı gözlənilir.

Seçilmiş prezidentin yanvarın 20-də andiçmə mərasimi keçiriləcək.Onun hərbi xidmətdə olan trans insanlara faktiki qadağa qoyacağı və daha sonra silahlı qüvvələrdə hazırda xidmət edən minlərlə trans hərbçini işdən çıxaracaq sərəncam verməyə hazırlaşdığı bildirilir.

Hazırda aktiv hərbçilər arasında 15 minə yaxın transgenderin olduğu dəqiqləşdirilir. Nəşr əlavə edib ki, Tramp onları tibbi səbəblərə görə, xidmətə yararsız kimi işdən çıxarmaq istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31