Putinin siyasəti ABŞ-nin üstünlüyünü çətinləşdirir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Sabah qəzetinin icmalçısı Melih Altınok, Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin dünya və regional siyasətdə rahat hərəkət etməsinə mane olduğunu bildirir. Onun sözlərinə görə Putin, xüsusilə Suriya məsələsində Rusiya varlığını gücləndirərək, ABŞ və onun nəzarətindəki qüvvələrin təsirini azaldır. Həmçinin, COVID-19 pandemiyası zamanı Ümumdünya Səhiyyə Təşkilatına qarşı sərbəst mövqe tutub və milli maraqları ön planda saxlayıb.

Məqalədə Putinin qlobalist qüvvələrə qarşı iqtisadi mövqeyi və qərb medianın mənfi təsirlərinə məhəl qoymadığı vurğulanır. Qərb mediası onu "şər qüvvə" kimi qələmə versə də, müəllif iddia edir ki, o, Rusiyanı çöküşdən dirçəlməyə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31