Rusiya və Şimali Koreyanın idman nazirləri mübadilə haqqında razılığa gəliblər — ÖZƏL

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Şimali Koreyanın rəsmi Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, Rusiya və Şimali Koreyanın idman nazirləri Mixail Deqtyarev və Kim İl Quk bazar günü Pxenyanda danışıqlar apararkən 2025-ci ildə idman mübadiləsinə dair protokol imzalayıblar.
"Danışıqlar zamanı Rusiya və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında idman sahəsində mübadilə və əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. İki idman nazirliyi arasında 2025-ci ildə mübadilə protokolu imzalanıb", - xəbər agentliyi bildirib. 

Danışıqlarda iki idman nazirini KXDR-in bədən tərbiyəsi və idman nazirinin müavini O Kvanq Hyok, ixtisaslaşmış hökumət rəsmiləri, Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora, rusiyalı diplomatlar və Rusiya nümayəndə heyətinin üzvləri müşayiət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31