Alimlər ilk dəfə hissəcik sürətləndiricisində neytrinonu aşkarladılar- ÖZƏL

Olaylar.az xəbər verir ki, elm adamları ilk dəfə neytrinoları birbaşa hissəcik sürətləndiricisində aşkar etməyə nail olublar. Bu kəşf CERN-in Böyük Adron Kollayderində (BƏK) yerləşdirilmiş yeni FASER detektoru sayəsində mümkün olub. Tədqiqat beynəlxalq FASER əməkdaşlığı tərəfindən aparılıb və Physical Review D jurnalında dərc olunub.

Neytrinolar "gizli hissəciklər" olaraq tanınır və maddə ilə çox zəif qarşılıqlı əlaqədə olur. Hər saniyə insan bədəninin hər kvadrat santimetrindən təxminən 100 milyard neytrino keçir. Onların mənbələri ulduzlar, supernovalar, nüvə reaksiyaları və hissəcik sürətləndiriciləridir.

Alimlər neytrinoları aşkarlamaq üçün metal lövhələrdən və işığa həssas emulsiya qatlarından ibarət xüsusi detektor yaratdılar. Neytrinolar metal lövhələrin atom nüvələri ilə qarşılıqlı əlaqəyə girdikdə, emulsiya üzərində izlər buraxdılar. Analiz nəticəsində üç növ neytrino - tau-neytrino, müon neytrinosu və elektron neytrinosunun mövcudluğu təsdiqləndi.

Gələcəkdə alimlər bu avadanlıq vasitəsilə neytrinolar və onların antizərrəcikləri ilə bağlı əlavə araşdırmalar aparmağı planlaşdırırlar. Eyni zamanda, "qaranlıq fotonlar" və qaranlıq maddə ilə bağlı sirlər də araşdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31