Ukraynanın raket istehsalı proqramı maliyyə çatışmazlığı ilə üzləşir – ÖZƏL
16:00 DünyaUkrayna öz raket istehsalı proqramını həyata keçirməkdə ciddi maliyyə çətinlikləri ilə qarşılaşır.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın Wall Street Journal (WSJ) nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, hazırda Ukrayna ordusunun Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edə biləcəyi ballistik raketlərin hazırlanması üzərində işlər aparılır. Lakin maliyyə çatışmazlığı bu proqramın həyata keçirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirir və Ukrayna rəhbərliyinin bu sahədəki planlarını pozur.
Məlumata görə, maliyyə problemləri Ukraynanın raket proqramının effektivliyinə mənfi təsir göstərir. Bunun nəticəsində ölkə hələ bir neçə il ərzində Qərbin hərbi daşıyıcılarından asılı qalmağa davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31