Çin XİN Ukraynaya çağırış etdi
14:22 DünyaÇin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişə tərəflərini təmkinli olmağa çağırır.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu nazirliyin sözçüsü Lin Jian deyib.
"Mövcud şəraitdə bütün tərəflər sakit və təmkinli olmalıdırlar", - Jian ifadə edib.
Diplomat əlavə edib ki, atəşkəsə nail olmaq üçün dialoq yolu ilə vəziyyətin soyumasına və siyasi nizamlanmaya şərait yaradılmasına səy göstərilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31