Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Qrenlandiya adasını almaq üçün danışıqlar aparır.

Olaylar xəbər verir ki, bu barədə "Bild" yazıb.

Qeyd olunub ki, Tramp bu cür böyük alışı hələ ilk prezidentlik müddətindən arzulayır. O zaman hətta adanın sahilindən "Trump Touer"in redaktə edilmiş şəkilini paylaşaraq, "Qrenlandiya ilə bunu etməməyə söz verirəm!" yazmışdı.

Lakin Co Bayden prezident olandan sonra bu ideya təxirə salındı.

Danimarka rəsmiləri qəti şəkildə adanın ABŞ-a satılmasına qarşı çıxır. Danimarkalı millət vəkili Rasmus Yarlov hətta adanın satışını qadağan edən düzəlişlərin ölkə Konstitusiyasına daxil edilməsini tələb edib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31