Rusiya miqrantların gəlişini alqışlayır: Rəsmi açıqlama – ÖZƏL

Rusiya xarici ölkələrdən olan miqrantların ölkəyə gəlişini alqışlayır.

Olaylar.az xəbər verir ki, bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun "RIA Novosti"yə verdiyi müsahibədə bildirib. 

Peskovun sözlərinə görə, xüsusilə gərgin demoqrafik vəziyyət fonunda miqrantlar Rusiya üçün mühüm ehtiyacdır. 

"Biz dünyanın ən böyük ölkəsində yaşayırıq, amma əhalimiz azdır. Dinamik inkişaf etmək, bütün inkişaf planlarını həyata keçirmək üçün bizə işçi qüvvəsi lazımdır. Onların gəlişini yalnız alqışlayırıq", - deyə o, əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31