MAQATE-nin Rəhbərlər Şurası İranı tənqid edən qətnamə qəbul edib - ÖZƏL

Olaylar az Reuters-ə istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurası İranı agentliklə kifayət qədər əməkdaşlıq etmədiyinə görə tənqid edən Qərb qətnaməsi qəbul edib.

Xəbər agentliyinin məlumatına görə, qətnamə İranı agentliklə əməkdaşlığını təkmilləşdirməyə çağırır. Sənəddə həmçinin MAQATE-dən gələn ilin yazına qədər İranla bağlı ətraflı hesabat hazırlaması tələb olunur.

Reuters həmçinin bildirib ki, qətnamə 19 lehinə, 3 əleyhinə və 12 bitərəf olmaqla qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31