Amerikalı investor “Şimal Axını-2”ni almaq istəyir- ÖZƏL
10:30 DünyaOlaylar.az xəbər verir ki, amerikalı investor Stiven Linç zədələnmiş "Şimal Axını-2" ("ŞA-2") qaz kəmərini almaq niyyətində olduğunu açıqlayıb.
The Wall Street Journal-ın məlumatına görə, Linç ABŞ hökumətinə müraciət edərək, İsveçrədəki müflisləşmə proseduru çərçivəsində qaz kəməri hərraca çıxarılacağı təqdirdə, onun alınmasında iştirak etmək üçün icazə istəyib.
Məlumata əsasən, Linç 20 il Moskvada biznes fəaliyyəti ilə məşğul olub. O, ABŞ rəsmiləri və qanunvericilərinə bildirib ki, qaz kəmərinin amerikalılara məxsus olması, Rusiya ilə istənilən sülh danışıqlarında ABŞ-a üstünlük qazandıracaq və Ukrayna münaqişəsinin həlli üçün strateji əhəmiyyət daşıyacaq.
Linç hesab edir ki, "ŞA-2"yə sahib olmaq ABŞ və Avropa üçün nadir fürsətdir. Bu, qitənin enerji təchizatına nəzarəti təmin edəcək və fosil yanacaq dövrünün sonuna qədər ABŞ-ın maraqlarına xidmət edəcək.
Fevral ayında investor ABŞ Maliyyə Nazirliyindən sanksiyalar altında olan şəxslərlə danışıqlar aparmaq üçün icazə istəyib.
İsveçrə məhkəməsi iyun ayında Nord Stream 2 AG qaz kəməri operatorunun müflisləşmə prosesini 2025-ci ilin yanvarına qədər uzadıb.