Zelenski: Putin bunu istəyənlərin üzünə tüpürür

Rusiyanın yeni eksperimental orta mənzilli ballistik raketi "Oreşnik"dən istifadə etməsi Kreml lideri Vladimir Putinin real sülhə can atanların üzünə tüpürməsidir.

Olaylar bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski "X" hesabındakı paylaşımında deyib.

Bakıdan sonra iki ölkə həyəcan təbili çaldı – “Dərhal çıxın”

Zelenski qeyd edib ki, bu gün Putin bu müharibənin genişləndirilməsi istiqamətində ikinci addım atdığını etiraf edib və yeni ballistik raketdən istifadə edilib.

"Putin Ukraynanın ən böyük şəhərlərindən biri olan Dnepri vurdu. Bu, bu müharibənin miqyasının və qəddarlığının aşkar və ciddi artması, Rusiya tərəfindən BMT Nizamnaməsinin rüsvayçı şəkildə pozulmasıdır. Vurğulayıram ki, bu, Rusiyanın eskalasiyaya doğru ikinci addımıdır. Birincisi, Şimali Koreyanı ən azı 11 min əsgər kontingentini Ukraynaya qarşı müharibəyə cəlb etmək idi.", - deyə Zelenski qeyd edib.

Zelenski Putinin dünya ölkələrinin sülhə çağırışına məhəl qoymadan bu addımların hər ikisini atdığını, bu müharibəni tamamilə səbəbsiz yerə uzatdığını deyib.

Onun sözlərinə görə bu gün Ukraynaya qarşı ballistik raketdən istifadə etməsi Rusiyanın qəti şəkildə sülh istəmədiyinin bir daha sübutudur.

"Putin təkcə müharibə etmir. O müharibəni bilə-bilə uzadır. O, hər dəfə dünyada sülhün bərpa olunmasını həqiqətən istəyənlərin üzünə tüpürür", - deyə Zelenski vurğulayıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31