İlon Mask Rusiya ilə əlaqələrdə günahlandırılır: Sahibkar nə cavab verdi? – ÖZƏL

Amerikalı sahibkar və "SpaceX" şirkətinin rəhbəri İlon Mask, onu Rusiyayla əlaqələrdə ittiham edənlərə qarşı sərt mövqe nümayiş etdirib. 

Olaylar.az xəbər verir ki, Mask sosial şəbəkələrdə paylaşdığı açıqlamada, ittihamları irəli sürən şəxsləri tapacağını və bu məsələyə aydınlıq gətirəcəyini bəyan edib.

Məsələ ABŞ Senatının üzvləri Ceyn Şahin və Cek Ridin Müdafiə Nazirliyinə və Ədliyyə Departamentinə müraciəti ilə başlayıb. Onlar Maskın Rusiya rəsmiləri, o cümlədən Vladimir Putinlə mümkün əlaqələrinə dair araşdırma tələb ediblər. Wall Street Journal qəzetinin məlumatına görə, sahibkarın oktyabr ayında rusiyalı rəsmilərlə söhbəti olub. Bu iddialar ABŞ hökuməti tərəfindən ciddi narahatlıqla qarşılanıb.

Əgər Maskın hər hansı qayda pozuntusu təsdiqlənərsə, onun dövlət satınalmalarında iştirakına qadağa qoyula bilər.

Mask isə bu ittihamları qətiyyətlə rədd edib və senatorları "başqalarının göstərişlərini icra edən marionetkalar" adlandırıb. Sahibkar, bu ittihamların arxasında duran şəxsləri müəyyənləşdirməkdə qərarlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31