Hindistanın XİN rəhbəri: “Dünya Ukrayna münaqişəsindən yorulub, onun həllini gözləyir” – ÖZƏL
15:38 DünyaHindistanın Xarici İşlər Naziri Subramanyam Cayşankar bəyan edib ki, bütün dünya Ukrayna münaqişəsindən yorulub və onun həllini gözləyir. Onun sözlərinə görə, bu münaqişədə yalnız əsas tərəflər deyil, bütün dünya ölkələri yüksək qiymət ödəyib.
Olaylar.az xəbər verir ki, bu fikri o, "The Hindustan Times" qəzetinin təşkil etdiyi konfransda çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, dünya artıq münaqişənin həlli istiqamətində irəliləyir və hazırda qlobal həll üçün unikal imkan yaranıb. "Bütün ölkələr müəyyən mənada tükənib, amma indi bu problemin həlli üçün fürsət var," - deyə Cayşankar qeyd edib.
Hindistanın Rusiya və Ukrayna arasında vasitəçilik cəhdlərinə toxunan Cayşankar, ölkəsinin əsas məqsədinin iki tərəfi ümumi mövqeyə gətirmək olduğunu bildirib. Bununla belə, Hindistanın hər hansı bir sülh planı təqdim etmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu münaqişəni başqa ölkələr həll edə bilməz.