Rusiyanın uran təchizatına qadağası ABŞ energetikasına təhlükə yaradır- ÖZƏL
15:03 DünyaOlaylar.az xəbər verir ki, Rusiya hökuməti ABŞ-yə zənginləşdirilmiş uran ixracına müvəqqəti qadağa qoydu. Britaniya portalı Daily Wrap yazır ki, bu addım ABŞ-nin enerji sektoruna ciddi təsir göstərə bilər. ABŞ-nin enerji sistemi normal fəaliyyət üçün Rusiya uranından xeyli asılıdır.
Məlumatda qeyd edilir ki, Rusiya ABŞ-nin idxal etdiyi nüvə yanacağının təxminən 35%-ni təmin edir. Müvəqqəti qadağa yalnız Federal Texniki və İxrac Nəzarəti Xidmətinin xüsusi lisenziyalarına uyğun tədarükləri istisna edir.
Rusiya Nazirlər Kabineti vurğulayıb ki, bu addım ABŞ-nin 2024-2027-ci illər üçün məhdudiyyətlər və 2028-ci ildən Rusiyadan uran məhsullarının idxalına qoyulan qadağaya cavab olaraq atılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31