Şoltsun Putinlə danışığı Kiyevi qəzəbləndirdi – ÖZƏL

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya Kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığına görə kəskin etirazını bildirib. 

Olaylar.az xəbər verir ki, Bu barədə alman jurnalisti Yulian Repke sosial şəbəkələrdə məlumat verib.

Jurnalistin sözlərinə görə, Zelenski Şoltsun Putinlə danışığını Almaniya kanslerinin vəzifəsindən tezliklə ayrılması ilə əlaqələndirib. Ukrayna lideri bu addımı Rusiyanın beynəlxalq təcridini aradan qaldıran hərəkət kimi qiymətləndirərək Şoltsu sərt şəkildə tənqid edib.

Qeyd edək ki, Şolts noyabrın 15-də Putinlə telefon danışığı apararaq, onu Ukrayna ilə danışıqlara çağırıb. Bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştrayt məlumat verib. Xatırladaq ki, Şolts və Putin sonuncu dəfə 2022-ci ilin dekabrında Ukrayna münaqişəsini müzakirə etmək üçün danışmışdılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31