Peskov: Makron Putinə zəng üçün müraciət etməyib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun Rusiya lideri ilə telefon danışığı üçün müraciət etmədiyini açıqlayıb. Bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edək ki, 15 noyabrda Rusiya və Almaniya liderləri arasında telefon danışığı olub. Almaniya Kansleri Olaf Şolts bu danışıqlarda təşəbbüs göstərərək Vladimir Putinlə əlaqə saxlayıb. Peskovun sözlərinə görə, görüşdə əsas müzakirə mövzusu enerji məsələləri olub. Almaniya hökumətinin bəyanatına görə, Şolts Moskvanı Ukrayna ilə danışıqlara başlamağa və münaqişəyə son qoymağa çağırıb. Peskov bildirib ki, Putin baş verən hadisələrlə bağlı Rusiya mövqeyini və gələcək inkişaf perspektivlərini geniş şəkildə izah edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31