Borrell İsrailin Qəzzadakı hərəkətlərini etnik təmizləmə adlandırıb – ÖZƏL

Aİ-nin baş diplomatı Cozep Borrell bildirib ki, İsrailə qarşı sanksiyalar tətbiq olunacaq. O, həmçinin Qəzzada baş verənləri "etnik təmizləmə" adlandırıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Cozep Borrell Xarici İşlər Nazirliyinin saytında yazıb.

"Qəzzadan sızan görüntülər apokaliptik səhranı göstərir. Təsadüfi deyil ki, "etnik təmizləmə" sözləri Qəzzanın şimalında baş verən hadisələri təsvir etmək üçün getdikcə daha çox istifadə olunur", - o, deyib.

Onun sözlərinə görə, təxminən 400 min qəzzalı yardımsız qalıb. Onlar ölüm təhlükəsi üzündən qaçmalı olacaqlar. Cozep Borrell həmçinin İsraili jurnalistlərə hücumda ittiham edib. O hesab edir ki, hərbçilər məqsədli şəkildə onlara hücum edir. Borrelin sözlərinə görə, münaqişə zamanı artıq 130 media işçisi həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31