Almaniya höküməti Almaniya kansleri Olaf Şolzla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığını təsdiqləyib.
Olaylar.az xəbər verir ki, bu haqda Almaniya Nazirlər Kabineti bildirib.
Hökumət qeyd edib ki, söhbətdə Şolz Putini sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara çağırıb.
Rusiya tərəfi hələlik belə danışıqları təsdiq etməyib.