Zaxarova: Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına Abxaziyaya səfərdən çəkinməyi tövsiyə edir – ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyi müxalifətin etirazları fonunda rusiyalılara Abxaziyaya səfərdən çəkinməyi tövsiyə edir. 

Olaylar.az xəbər verir ki, bunu departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Bəyanatda göstərilir ki, Rusiya daxili siyasi ziddiyyətlərin yenidən kəskinləşdiyi qonşu dost Abxaziyada baş verənləri narahatlıqla izləyir.

"Mövcud şəraitdə Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına Abxaziyaya səyahət etməkdən, o cümlədən turizmdən çəkinməyi tövsiyə etməyə məcburdur", - Zaxarova vurğulayıb.

O qeyd edib ki, müvəqqəti olaraq Abxaziyada olan rusiyalıların daha diqqətli olması, iğtişaşların olduğu yerlərə yaxınlaşmaması və mümkünsə ölkəni tərk etməsi vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31