Amerikalı politoloq: “ABŞ Ukrayna vasitəsilə Rusiyanı zəiflətməkdə uğursuz oldu” – ÖZƏL

ABŞ-nin Ukrayna vasitəsilə Rusiyanı zəiflətmək planı iflasa uğrayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə amerikalı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert, professor Con Mirşaymer "Judging Freedom" YouTube kanalına müsahibəsində bildirib.

Politoloq Vaşinqtonun hələ də hərbi güc vasitəsilə nail ola biləcəyi şeylərin məhdudiyyətlərini niyə qəbul etmədiyini anlamadığını vurğulayıb.

"Rusiyaya zərbə vurmaq, onu Ukraynada zəiflətmək ideyası heç bir nəticə vermədi və tamamilə uğursuz oldu," - deyə Mirşaymer qeyd edib.

Professor əlavə edib ki, bu yanaşmanı davam etdirmək mənasızdır, çünki Rusiya döyüş meydanında üstünlük qazanır və daha da irəliləmək potensialına malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31