Çey Bouz: Küncə sıxışdırılmış Zelenski ABŞ-ni şantaj etməyə başlayıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, irlandiyalı jurnalist Çey Bouz bəyan edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ifrat addımlara əl ataraq ABŞ-ni şantaj etməyə çalışır. Bu fikri o, Ukraynanın mümkün nüvə silahı yaratmaq niyyəti ilə bağlı məlumatları şərh edərkən deyib.

"İndi küncə sıxışdırılmış diktator ABŞ-ni şantaj etməyə başlayır", - deyə ekspert X sosial şəbəkəsində (Rusiyada bloklanıb) yazıb.

Son günlərdə The Times qəzetində dərc olunmuş məqalədə bildirilib ki, Ukrayna Müdafiə Nazirliyi üçün hazırlanan hesabatda Kiyevin nüvə silahını bir neçə ay ərzində yarada biləcəyi qeyd olunub. Bunun mümkünlüyü ABŞ-nin hərbi dəstəyini azaltmaq ehtimalı ilə əlaqələndirilib.

Oktyabr ayında Financial Times məqaləsində Ukrayna hakimiyyətinin ölkənin bir hissəsini Şimali Atlantika Alyansına üzvlük müqabilində təhvil vermək məsələsini gizli şəkildə müzakirə etdiyini yazıb. Jurnalistlər qeyd ediblər ki, Kiyev Qərb ölkələrindən hərbi dəstəyin yetərsizliyi səbəbindən 1991-ci il sərhədlərinə qayıtmağın mümkünsüz olduğunu anlayaraq, Rusiya ilə qarşıdurmanı bitirmək üçün alternativ yollar axtarmağa başlayıb.

Bu ilin iyununda Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdə Ukrayna böhranı üzrə danışıqlara başlamaq üçün şərtlərini açıqlayıb. Bu şərtlər arasında Kiyevin NATO-ya üzv olmaq planlarından imtina etməsi də var. Dövlət başçısı bildirib ki, münaqişənin sülh yolu ilə həll olunması üçün Moskva Ukraynanın neytral, bloklara qoşulmayan və nüvəsiz status əldə etməsini tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31