Ərdoğan Bişkekdə elə qarşılandı ki... - VİDEO

Türkiyə prezidenti Ərdoğan Bişkekdə şahinlə qarşılanıb.

Olaylar xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə gedib.

Bişkek hava limanına enən Ərdoğan ənənəvi qırğız qonaqpərvərliyinə uyğun olaraq şahinlə qarşılanıb.

Şahinlə qarşılanma Qırğızıstan mədəniyyətində qonağa verilən hörməti və dəyəri simvollaşdırır. Şahin zadəganlıq və güc simvolu kimi xüsusi qonaqlar üçün şərəf əlaməti hesab olunur.

Bu qarşılanma ilə iki ölkə arasında mədəni əlaqələr də vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31