ABŞ-də prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq…- ÖZƏL

"ABŞ-da prezident seçkilərində Kamala Harris və ya Donald Tramp qalib gəlsə də, Ukrayna münaqişədə itirməyə davam edəcək". 

Olaylar.az xəbər verir ki,  "Responsible Statecraft" nəşri qeyd edir ki, Ukrayna cəbhəsində vəziyyət ağır olaraq qalır, çünki Rusiyanın fəaliyyətləri Donetskdə Ukraynanın müdafiə xətlərini zəiflədir.

Xarici siyasət analitiki və Chicago Tribune qəzetinin daimi yazarı Daniel Depetris  bildirir ki, cəbhədə Ukrayna üçün vəziyyət çətinləşməkdədir.

Kvinzi İnstitutunun "Böyük Strategiya" proqramının direktoru Corc Bib isə əlavə edib ki, növbəti ABŞ prezidenti Ukraynadakı böhranın sərt reallıqları ilə qarşılaşacaq və bu, hazırkı prezident Co Baydenin siyasətində dəyişiklik tələb edəcək. Ekspertin fikrincə, Ukrayna Silahlı Qüvvələri münaqişəni qazanmaq gücündə deyil və Rusiya ilə danışıqlara başlamazsa, məğlubiyyət qaçılmaz olacaq.

Daha əvvəl Britaniyanın Guardian qəzeti Ukrayna Silahlı Qüvvələrinin Donetsk Xalq Respublikası və Xarkov vilayətində yerləşən Kupyansk istiqamətində dağılmaq təhlükəsi ilə üz-üzə olduğunu bildirmişdi. Nəşrin məlumatına əsasən, 2022-ci ildən bəri cəbhə xəttində Ukraynanın müdafiə mövqeləri ən sürətli şəkildə çökür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31