NATO Baş katibinin Ukraynanın bloka üzvlüyü mövqeyi zədələndi - Senator Puşkov - ÖZƏL
5 Noyabr 2024 11:28 DünyaNATO Baş katibi Mark Rüttenin Ukraynanın alyansa qoşulması məsələsindəki mövqeyi, alyans ölkələrinin Ukraynanı dəvət etməməsi səbəbindən zədələnib.
Olaylar.az xəbər verir ki, bu fikri Rusiya senatori Aleksey Puşkov səsləndirib.
Puşkov bildirib ki, Qərb mediasında yer alan məlumatlara görə, Rütte ilə görüşü zamanı Almaniya kansleri Olaf Şolts Ukraynanın NATO-ya üzvlüyü perspektivinə qarşı çıxıb.
"Əgər bu məlumat doğrudursa, deməli, Rüttenin bu mövzunu NATO Baş katibi kimi proqramının mərkəzinə qoyması açıq şəkildə etibarsızlaşdırılıb," - deyə Puşkov Telegram kanalında qeyd edib.
Senatorun fikrincə, bu vəziyyət Ukraynanın onsuz da aşağı olan NATO-ya üzvlük şanslarını daha da azaldır. Puşkov əlavə edib ki, Qərb Ukraynanın alyansa qoşulması perspektivini getdikcə daha uzaq gələcəyə ertələyəcək və bu, böyük ehtimalla heç reallaşmayacaq.