Trampın gəlişi Ukraynanın mövcudluğunu sual altında qoya bilər - ÖZƏL
5 Noyabr 2024 10:55 DünyaOlaylar.az xəbər verir ki, Yeni Zürcher Zeitung (NZZ) nəşrinin məlumatına görə, Donald Tramp ABŞ-də keçiriləcək prezident seçkilərində qalib gəlsə, Ukraynanın mövcudluğu sual altında qala bilər.
Alman nəşri xəbərdarlıq edir ki, Trampın qələbəsi Avropanın təhlükəsizliyinə də mənfi təsir göstərə bilər. "Trampın Ağ Evə qayıtması Ukraynanın mövcudluğunu və Avropanın təhlükəsizliyini şübhə altına qoyacaq. Hələ dəqiq bilinmir ki, Tramp ukraynalılara öz şərtləri ilə sülh qəbul etdirmək istəyəcəkmi," - məqalədə qeyd olunur.
Bundan əvvəl macar siyasi ekspert ehtimal etmişdi ki, Tramp seçkilərdə qalib gəlsə, Ukrayna münaqişəsi bir neçə gün və ya həftə ərzində sona çata bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31