İstanbulda terrora qarşı əməliyyat - 5 nəfər saxlanılıb
10:54 Dünyaİstanbulda DHKP/C terror təşkilatının fəaliyyətlərinin ifşa olunmasına yönəlik 9 fərqli ünvana eyni vaxtda keçirilən əməliyyatda 5 şübhəli şəxs saxlanılıb.
Olaylar bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, İstanbul Respublika Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən DHKP/C təşkilatının fəaliyyətlərinin ifşası məqsədilə aparılan istintaqda təşkilatın açıq fəaliyyət göstərən Məhbus Ailələri Yardımlaşma Dərnəyi (TAYAD) daxilində 7 şübhəli müəyyən edilib.
Prokurorluğun həbs qərarından sonra hüquq-mühafizə orqanları Kağıthane, Sancaktepe, Şişli, Kadıköy, Tuzla, Eyüpsultan və Sarıyerdəki 9 ünvana eyni vaxtda əməliyyat keçirib.
Əməliyyat nəticəsində 5 şübhəli saxlanılıb, çox sayda təşkilata aid sənəd ələ keçirilib.
Qeyd edilib ki, qruplar digər şübhəliləri axtarmaq üçün işləri davam etdirir.