Koreya yarımadasında güc paritetinin pozulması müharibə riskini artırır - KXDR rəsmisi- ÖZƏL

Koreya yarımadasında və qonşu regionda güc paritetinin pozulması müharibə riskini artırır. 

Olaylar.az xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çjonun sözlərinə görə, bu səbəbdən KXDR öz nüvə arsenalını ardıcıl olaraq gücləndirəcək.

Kim Yo Çjon vurğulayıb ki, KXDR ilə qarşı tərəflər arasında güc balansının pozulduğu mövcud vəziyyət birbaşa olaraq münaqişə ehtimalını göstərir. Onun fikrincə, bu, inkar olunmaz bir reallıqdır.

Kim Yo Çjon bildirib ki, ABŞ, Yaponiya və Cənubi Koreya 3 noyabr tarixində birgə hərbi təlim keçiriblər. Bu təlimdə qırıcı təyyarələr və B-1B strateji bombardmançılar iştirak edib, "ani və dəqiq zərbə" ssenarisi üzərində işlənib. Onun sözlərinə görə, bu təlimlər KXDR-yə qarşı düşmən niyyətlərini bir daha təsdiqləyir.

Kim Yo Çjon əlavə edib ki, ABŞ və müttəfiqlərinin hərbi təlimlərinin sayının artması yalnız KXDR üçün deyil, bütün regionun təhlükəsizliyi üçün ciddi təhdiddir.

Kim Yo Çjon qeyd edib ki, KXDR-nin müdafiə xarakterli nüvə qüvvələrini inkişaf etdirməsi mövcud şərtlərdə yeganə düzgün seçimdir və KXDR bu siyasətdən geri çəkilməyi düşünmür.

Qeyd edək ki, bundan bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin KXDR-nin xarici işlər naziri Çoe Son Xı ilə görüşüb. Görüşün detalları barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verməyib və Putinlə Çoe Son Xı arasında hansı mövzuların müzakirə olunduğunu açıqlamayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31