Bu ölkədə fövqəladə vəziyyət 2025-ci ilin may ayına qədər uzadıldı
10:18 DünyaMacarıstan parlamenti Ukrayna böhranı ilə əlaqədar respublikada fövqəladə vəziyyətin 2025-ci ilin may ayına qədər uzadılması qərarını dəstəkləyib.
Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
130 deputat fövqəladə vəziyyətin uzadılmasının lehinə çıxış edib, 49 deputat belə bir qərarı dəstəkləməyib. Agentliyin məlumatına görə, bazar ertəsi qanunvericilər "fövqəladə vəziyyətin gələn ilin may ayına qədər uzadılmasına" səs veriblər.
Macarıstanda fövqəladə vəziyyət miqrasiya böhranı ilə əlaqədar tətbiq edildiyi 2016-cı ildən sonra koronavirus pandemiyası səbəbindən uzadılıb və Ukraynadakı vəziyyətlə əlaqədar 2022-ci ilin may ayından etibarən qüvvədədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31