Türkiyə PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib
4 Noyabr 2024 15:31 DünyaTürkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlarda 9 terrorçu zərərsizləşdirib.
Olaylar xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, İraqın şimalında həyata keçirilən Qəndil və "Pəncə-Kilid" əməliyyat bölgəsində aşkarlanan 8 PKK terrorçusu, eləcə də Suriyanın şimalında yerləşən "Fırat Qalxanı" əməliyyat zonasındakı 1 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31