Almaniya 32 İran diplomatını ölkədən qovdu

Oktyabrın 29-da Almaniya vətəndaşı Cəmşid Şarməhdin İranda edam edilməsindən sonra Berlin İranın bu ölkədə olan konsulluqlarının 32 əməkdaşını ölkədən qovub.

Olaylar xəbər verir ki, bu barədə Almaniya XİN-in sosial hesabında bildirilib.

Qeyd edək ki, oktyabrın 29-da casusluq və terrorda günahlandırılan iranəsilli Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhd Tehranda edam edilib.

Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb və İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31