Türkiyədə bələdiyyə sədrinə silahlı hücum oldu - Özü və sürücüsü öldü
4 Noyabr 2024 13:56 DünyaTürkiyənin Kırıkkale vilayətində Balışeyh bələdiyyə sədri Hilmi Şenə silahlı hücum olub.
Olaylar.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Bildirilib ki, o, yerləşdirildiyi xəstəxanada ölüb. Həmçinin bələdiyyə sədrinin sürücüsü Mikail Çelikkol da həyatını itirib.
Silahlı hücumda daha iki nəfər yaralanıb.
Hadisə ilə bağlı bir nəfər silahla birgə şübhəli şəxs qismində saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31