Türkiyədə terror təşkilatına qarşı əməliyyat - 6 nəfər saxlanılıb

Türkiyənin Mersin vilayətində jandarma qüvvələri PKK/KCK terror təşkilatına qarşı əməliyyat həyata keçirib.

Olaylar bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Mersin vilayəti ərazilərində jandarma qrupları PKK/KCK terror təşkilatının üzvlərini texniki və fiziki müşahidəyə alıb. Müşahidə nəticəsində PKK/KCK-nın şəhər strukturuna bağlı olan və terror təşkilatının təbliğatını aparan 6 nəfər aşkarlanıb.

Qeyd edilib ki, Akdeniz, Toroslar və Yenişehir rayonlarında eyni anda əməliyyat keçirilib.

Əməliyyat zamanı 6 şübhəli saxlanılıb, ünvanlarda aparılan axtarışlar zamanı çoxsaylı rəqəmsal materiallar ələ keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31