Lavrov: Qərbin baxışları çoxqütblü dünyada dövlətlərin sülh içində yaşamasını mürəkkəbləşdirir- ÖZƏL
4 Noyabr 2024 12:27 Dünya"Qərbin baxışları çoxqütblü dünyada dövlətlərin sülh içində birgə yaşama prinsiplərini müzakirə etməyi çətinləşdirir".
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən "Gələcəyi Yaratmaq" beynəlxalq elmi-fantastik simpoziumunda deyib.
Lavrov xatırladıb ki, iyul ayında Rusiyanın rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasında açıq debatlar keçirilib və çoxqütblü dünya kontekstində dövlətlərin dinc yanaşı yaşama prinsipləri müzakirə olunub. O zaman beynəlxalq münasibətlərdə etimadı və sabitliyi bərpa etməyə yönəlmiş müəyyən addımlar təklif edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31