Tramp qalib gələrsə Ukrayna münaqişəsini həll etmək imkanı yarana bilər- ÖZƏL
4 Noyabr 2024 11:41 DünyaDonald Tramp ABŞ-da prezident seçkilərində qalib gəlsə, Ukrayna münaqişəsini Vladimir Zelenski və Vladimir Putinə ultimatumlar verməklə həll edə bilər.
Olaylar.az xəbər verir ki, bu haqda "The Hill" nəşri yazır.
Məqalədə qeyd olunur ki, Trampın yanaşması hazırkı prezident Co Baydenin siyasətindən fərqlənə bilər və o, Kiyev üçün vacib dəyişikliklərin katalizatoru ola bilər. Tramp, Ukraynaya verilən dəstəyi təzyiq vasitəsi kimi istifadə edərək Zelenskini danışıqlara sövq edə, eyni zamanda Rusiyaya yardımın artırılması və iqtisadi nəticələrlə təhdid edə bilər.
Yazıda həmçinin vurğulanır ki, münaqişə tərəfləri çətin vəziyyətdədir və Trampın addımları bu şəraitdə təsirli ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31