Yeni Zelandiyada 4,9 bal gücündə zəlzələ olub

Yeni Zelandiyanın paytaxtı Vellinqton yaxınlığında 4,9 bal gücündə zəlzələ baş verib.

Olaylar-ın məlumatına görə, bu barədə ölkənin Dövlət Geoloji Xidməti bildirib.

Məlumata əsasən, zəlzələ paytaxtdan 80 km qərbdə, təxminən 5 min insanın yaşadığı Pikton qəsəbəsi yaxınlığında baş verib. Yeraltı təkanların ocağı 35 km dərinlikdə olub.

Bildirilib ki, 13 mindən çox Vellinqton sakini yeraltı təkanlar barədə məlumatlarla geoloji xidmətə müraciət edib, lakin tələfat və dağıntılar barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31