Volodin: Ölkənin iqtisadiyyatını dağıtmaq cəhdləri uğursuz oldu- ÖZƏL

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Xalq Birliyi Günü münasibətilə rusiyalılara təbrik mesajı göndərib və cəmiyyətin birliyinin xarici təzyiqlər qarşısında vacibliyini vurğulayıb. Volodin qeyd edib ki, Rusiyaya qarşı 22 mindən çox sanksiya tətbiq olunub, lakin ölkənin iqtisadiyyatını dağıtmaq cəhdləri uğursuz olub.

Olaylar.az xəbər verir ki, Volodin, xalqın birliyi sayəsində Rusiyanın bütün çətinlikləri dəf edərək daha güclü hala gəldiyini bildirib və cəmiyyətin Prezident Vladimir Putin ətrafında birləşdiyini vurğulayıb.

O, bütün rusiyalılara sağlamlıq, xoşbəxtlik və rifah arzulayaraq birliyin gücünü xatırlamağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31