İlon Mask Çin lideri üçün “nüfuzlu dost” ola bilər- ÖZƏL

Əgər ABŞ-də  prezident seçkilərində Respublikaçı Donald Tramp qalib gələrsə, milyarder İlon Mask Çin lideri Si Tsinpin üçün "nüfuzlu dost" ola bilər.

Olaylar.az xəbər verir ki, bu qənaətə Bloomberg agentliyi gəlib. 

Xəbərdə qeyd olunur ki, Maskın Çində geniş biznes maraqları var: Tesla şirkəti nadir hallarda xarici investorlar üçün nəzərdə tutulan vergi güzəştləri alıb və şirkətin istehsal etdiyi bütün elektrik avtomobillərinin yarısı məhz Çində istehsal olunur.

Ekspertlərin fikrincə, Mask və Si arasında ABŞ-Çin münasibətlərində, o cümlədən Tayvan və Çin elektrik avtomobillərinə tətbiq olunan ABŞ rüsumları kimi həssas məsələlərdə ortaq baxışlar mövcuddur.

Bu səbəbdən İlon Maskın Trampın yeni administrasiyasında texnologiya və ticarət sahəsində iki ölkə arasında əsas vasitəçi olması gözlənilir. Bu isə ABŞ-nin   Çinə qarşı daha dostyana mövqe sərgiləməsinə səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31