Ukrayna ordusu NATO standartlarına uyğun gəlmir – Keçmiş snayper komandiri- ÖZƏL

Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı snayper qrupunun keçmiş komandiri Konstantin Proşinski, Ukrayna ordusunun NATO standartlarına uyğun gəlmədiyini və daxili strukturlarda xaos yaşandığını bildirib. 

Olaylar.az xəbər verir ki,"Novosti.LIVE" kanalına verdiyi müsahibədə o, orduda aparılan islahatların yalnız adların və strukturların yenidən bölüşdürülməsi ilə məhdudlaşdığını, dərin dəyişikliklərin isə olmadığını qeyd edib.

Proşinski orduda təşkilatçılıq və komanda heyəti ilə qarşılıqlı əlaqənin bərbad vəziyyətdə olduğunu vurğulayıb ki, bu da döyüş şəraitində effektiv fəaliyyət göstərməyi çətinləşdirir. Cəbhə xəttində hələ də xaosun hökm sürdüyünü və bunu Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin təsdiqləyə biləcəyini söyləyib.

NATO və Ukrayna əsgərlərinin hazırlıq metodlarını müqayisə edərkən Proşinski, Ukrayna ordusunun Şimali Atlantika Alyansının qüvvələri ilə eyni səviyyədə ola biləcəyi fikrinə sərt tənqidlə yanaşıb. Onun fikrincə, maliyyə və resurs çatışmazlığı səbəbindən Ukrayna hərbçiləri bu səviyyədə hazırlıq keçmək imkanlarına sahib deyil.

"Əgər biz hərbi ixtisasları detallı şəkildə araşdırsaq, təəssüf ki, hələ də NATO qoşunları ilə ortaq cəhətimizin olmadığını görərik," - deyə keçmiş snayper yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31