Netanyahu sərhədə gəldi: Baxın, məhv edirik!

Razılaşma olsa da, olmasa da, şimaldakı sakinlərimizi təhlükəsiz şəkildə evlərinə qaytarmağın açarı Hizbullahı Litani çayının o tayından uzaqlaşdırmaqdır.

Olaylar xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Livanla sərhədə səfəri zamanı deyib.

Netanyahu bildirib ki, İsrail ordusu Hizbullahın yenidən silahlanma cəhdlərinin qarşısını alacaq:

"Hizbullahın İrandan Suriya vasitəsilə gələn hərbi təchizat kanalı kəsilməlidir".

Arxa planda Livanın cənubunda ÇAXAL tərəfindən vurulan Hizbullah hədəflərini göstərən Netanyahu meydan oxuyub:

"Siz reallığın necə dəyişdiyini görür və eşidirsiniz - yuxarıda təyyarələr və aşağıda, yerdə qəhrəman döyüşçülər Hizbullahın Qalileyanı işğal etmək üçün hazırladığı yeraltı terror infrastrukturunu məhv edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31