ABŞ-də prezident seçkilərində 78 milyondan çox ölkə vətəndaşı erkən səs verib
4 Noyabr 2024 10:07 DünyaNoyabrın 5-də keçiriləcək seçkilər ərəfəsində 78 milyondan çox ABŞ vətəndaşı erkən səsvermə imkanından yararlanıb.
Olaylar-ın məlumatına görə, bu barədə Florida ştatı Universitetinin məlumatında bildirilib.
Məlumata əsasən, 42,6 milyondan çox insan seçki məntəqələrinə şəxsən baş çəkib, 35,3 milyona yaxını isə poçt vasitəsilə səs verib.
ABŞ-də qeydə alınan seçicilərin ümumi sayı təxminən 168 milyon nəfərdir. Ən böyük fəallıq Texas (8,9 milyon səs), Florida (8,1 milyon), Kaliforniya (7,6 milyon), Şimali Karolina (4,4 milyon) və Corciyada (4 milyon) qeydə alınıb.
Qeyd edək ki, ABŞ-də növbəti ümumi seçkilər noyabrın 5-də keçiriləcək. Respublikaçı Donald Tramp və demokrat Kamala Harris dövlət başçısı postu uğrunda mübarizə aparacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31